Əsas menu

“Volkswagen” minlərlə insanı işdən çıxaracaq 

“Volkswagen” avtomobil şirkəti avtomatlaşma səbəbindən 2023-cü ilə qədər 5-7 min insanı işdən çıxaracaq.

“Bizimxeber” xarici KİV-ə istinadən xəbər verir ki, bu, şirkətin 2019-2023-cü illərə dair planlarında nəzərdə tutulur. Qeyd olunur ki, çıxarılan işçilərin yerinə yeniləri götürülməyəcək.

Həmçinin şirkət digital mərhələyə keçidi sürətləndirmək məqsədilə 2019-2023-cü illər arasında 19 milyard avroluq investisiya qoyulacağını da açıqlayıb. Sərmayənin şirkətin öz maliyyə qaynaqlarından ayrılacağı bildirilir.

Bunun üçün şirkət xammal qiymətlərinin aşağı salınması, zavodlardakı emalın artırılması və gəlirlərin yüksəldilməsini planlaşdırır.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*