Əsas menu

“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır 

“WhatsApp” messenceri bəzi smartfonlarda fəaliyyətini dayandıracaq. Bununla bağlı şirkətin rəsmi saytında məlumat yerləşdirilib. 

Bildirilib ki, “Nokia Series 40” əməliyyat sisteminə malik telefon istifadəçiləri messencerdən istifadə edə bilməyəcək. Qeyd edilib ki, 2012-ci ildə dünyada “Nokia S40”ın müxtəlif versiyaları ilə işləyən 1,5 milyarddan çox qurğu olub.

Bundan başqa, 2020-ci ilin fevralın 1-dən bu dəyişiklik “Android 2.3.7” versiyalı smartfonlara da aid olacaq.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*