Əsas menu

XİN Nadia Bazivin adını “qara siyahı”dan çıxardı 

Ukrayna vətəndaşı teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-in mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib.
O, gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini də xahiş edib.

N.Bazivinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*