Əsas menu

Xırdalanda işıq yanmır – “Azərişıq”dan açıqlama 

Kənd Binəqədi və Xırdalanın bir hissəsində dünən gecə saatlarından etibarən elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Bununla bağlı açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, güclü külək nəticəsində gecə saatlarında bir neçə elektrik xəttində problem yaşanıb:

“Güclü külək bir neçə elektrik xəttində qəza vəziyyətinin yaranmasına səbəb olub. Səhər saatlarından briqadalar tərəfindən işlər görülür. Hazırda bütün xətlər bərpa olunub. Gün ərzində bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq”.
Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*