Əsas menu

Yaponiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə görüşəcək 

Yaponiyanın xarici işlər naziri Taro Kono ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inlə planlaşdırılan görüşü ilə əlaqədar gələn həftə Vaşinqtona səfər edəcək. NHK telekanalı xəbər verir ki, T.Kono martın 16-da reallaşacaq səfəri zamanı ABŞ-ın dövlət katibi Reks Tillersonla Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyi planlaşdırır.

Səfərdən əvvəl ABŞ Prezidenti və Şimali Koreya lideri ilə görüşmüş Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəisi So Xun danışıqlar zamanı əldə edilən razılaşma barədə Yaponiyanın xarici işlər nazirini məlumatlandıracağı gözlənilir.

T.Kononun ABŞ-a səfər planı martın 9-da, Yaponiyanın Baş naziri Şinzo Abenin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra ortaya çıxıb. Həmin telefon danışığı zamanı Şimali Koreya məsələsinin müzakirə edildiyi bildirilir. Eyni zamanda, Ş.Abe və D.Tramp gələn ay ABŞ-da görüşmək barədə razılıq da əldə ediblər.(AZƏRTAC)

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*