Əsas menu

Yaxın aylarda yeni gündəlik qəzet açılacaq? 

Son günlər KİVDF-nin qəzetlərə ayrılan yardımlarla bağlı şərtlərə etdiyi dəyişikliklər ciddi müzakirələrə səbəb olub. Daha doğrusu, illərdir rahatlıqla bu yardımlardan yararlananlar daha çox narahatdırlar. Onlar həm pulu itirirlər, həm də qəzetlərini.

Təbii ki, nəticədə onlarla qəzetin bağlanacağı artıq bəllidir. Bu əsnada ortada 3-5 qəzetin qalması ölkənin qəzet bazarında boşluğun yaranmasına və yenidən gündəlik və ya həftəlik müstəqil qəzetlərin açılmasına zərurəti yaradacaq. Ölkənin qəzet bazarında tələbat həmişə olub və bundan da sonra da olacaq. Sadəcə oxucuya doğru-düzgün məlumatları olan, analitik, bazara hesablanmış yazılarla dolu qəzet təqdim etmək lazımdır.

Bizimxeber.az-a daxil olan məlumata görə, uzun illər qəzetçilik fəaliyyəti ilə məşğul olan, bu sahəni daha dərindən bilən şəxslər yeni müstəqil qəzet açmaqda qərarlıdırlar. Məlumata görə, bu qəzetin baş redaktoru postuna uzun illər qəzetçilik fəaliyyəti ilə məşğul olan, elektron mətbuatda böyük naliyyətlərə imza atan şəxslərdən biri gətiriləcək.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*