İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin görüntülər 4 il bundan əvvəl televiziyalardan birinin efirində gedib: “Hansı ki, həmin vaxt “Yol-patrul xidməti haqqında təlimat” və “Yol hərəkəti haqqında” qanunla yol polisinin gizli xidmət aparmasına icazə verilirdi. 2017-ci ildə isə “Yol hərəkəti haqqında” qanuna və adıçəkilən təlimata edilən dəyişikliklərdən sonra ölkədə Yol Patrul Xidməti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib”.
BDYPİ belə məlumatlar yayan KİV-lərə tövsiyə edir ki, bu tip məlumatları yaymazdan əvvəl aidiyyəti orqanlarla dəqiqləşmələr aparılsın: “Sürücülərin diqqətinə bir daha çatdırılır ki, Azərbaycanda Yol Patrul Xidmətinin əməkdaşları xidməti qanunvericilik çərçivəsində aşkar şəkildə apara bilər. Digər şəkildə xidmət aparılmasına yol verilmir”.