Həmin avtomobillər ilk öncə Bakı şəhəri Yol Polisi İdarəsinə veriləcək. Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hələlik həmin avtomobillərin verilməsi barədə xəbərsizdir.
“Açığı hələlik mənə həmin maşınlarla bağlı məlumat verməyiblər. Əgər gətirilibsə, onda qarajda olacaq. Əməkdaşlarımıza hələlik təqdim edilməyib”, – deyə qurum rəsmisi bildirib.