Əsas menu

Zahid Oruc: Dövlətin çiyinləri “Azərenerji”nin yükündən xilas edilməlidir 

Millət vəkili “Azərenerji”nin fəaliyyətini tənqid edib. Parlamentdə büdcə müzakirələrində çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, bu qurum artıq dövlət üçün böyük yükə çevrilib: “Axı, bu qurum nə vaxta qədər dövlətin çiyinində oturacaq, ona yük olacaq?”

Millət vəkili bu yerdə bu ilin yayında, iyul ayın 2-si və 3-ü tarixlərində ölkənin enerji sistemində yaşanan böhrana diqqət çəkib və burada əsas məsuliyyətin “Azərenerji”nin üzərində qaldığını söyləyib:

“Həmin məsələ ilə bağlı müşavirəsində cənab prezident də ciddi iradlarını səsləndirdi, sonra müvafiq addımlar atıldı. Amma maraqlıdır ki, bu məsələyə cavabdehlik daşıyan insanlar ölkəni niyə cəmi bir stansiyasının ümidinə bağlamışdılar? Axı, biz daim fəxrlə və haqlı olaraq deyirik ki, Avropanın, dünyanın əsas enerji təhlükəsizliyi təminatçılarındanıq.

Bu, belədir və belə olanda, niyə belə bir hadisəyə yol verildi, bu işə cavabdehlik daşıyanlar bununla nə demək istəyirdilər? Hesab edirəm ki, bunlar öz aydınlığını tapmalıdır və ölkənin, dövlətin çiyinləri “Azərenerji”nin yükündən xilas edilməlidir”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*