Əsas menu

““Zavuç” təhdid etdi ki, Elina ilə bağlı yazdığını silməsən…” – Video 

“Elina 4 aprel tarixində bu məktəbin 3-cü mərtəbəsindən özünü atıb. Buna səbəb isə, onu məktəbdə çox qınamalarıdır. Biz onunla və anasıyla birlikdə şikayət etmişdik, ancaq bizə qulaq asan yox idi. Nədənsə, media və digərləri o öləndən sonra məsələyə qarışdı. Onun anası polisə gedəndə, biz şikayət edəndə heç kəs bizə fikir vermirdi. Elinanın anası direktora şikayət edəndə o, sənədləri anasının üzünə çırpdı. Elina öləndən sonra mən bunu sosial şəbəkədə yaydım.

Səhər mənə direktor müavini mənə zəng vurub dedi ki, bunu silməsəm ciddi problemlərim olacaq. Məlum oldu ki, burada təkcə məni təhdid etməyiblər. Onlar bunun yayılmağını istəmirdilər. Elina özünü atandan sonra onlar yerdəki və qızın üstündəki qanı silirdilər ki, heç kim başa düşməsin. O, deyirdi ki, qoy sürünsün evə qədər.

Aydın oldu ki, Elina ilə dostluq edən 2-3 şagirdi də məktəbdən buraxmırlar. Onlar bura gəlmək istəyirdilər. Bilirsiz, burada mentalitet belədir. O, saçını rəngləyəndə, rəngli corablar geyinəndə ona qarşı pis davranırdılar. Bura belə məktəbdir, bilmirəm niyə belə edirdilər”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*